Milli Qəhrəmanın atası prezidentlə görüşdə - FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksi istifadəyə verilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Daha sonra ölkə başçısı və xanımı məcburi köçkünlərlə görüş keçirib.

Aprel döyüşlərində qəhrəmanlıq nümayiş etdirən Milli Qəhrəman, polkovnik Şükür Həmidovun atası Nəriman Həmidov prezidentin qarşısında çıxış edib.



- Cənab Prezident, bu gün bizim sevincimizin həddi-hüdudu yoxdur, Siz bizimləsiniz. Sizin məcburi köçkünlərə göstərdiyiniz qayğı bizim nəzərimizdən heç vaxt qaçmaz. Sizin göstərdiyiniz diqqət və qayğı həmişə bizim nəzərimizdədir. Biz görürük ki, məcburi köçkünlər məsələsi həm dövlətimizin, həm də Prezidentimizin diqqətindədir. Bu gün çox şadıq ki, Siz bizimləsiniz. Bu gün Sizin ad gününüzdür. Bu münasibətlə Sizi təbrik edirəm. Sizə uzun ömür, cansağlığı arzulayıram.

Möhtərəm Prezident, ölkəmiz tərəqqidədir. Bu, hamımızın gözü qarşısındadır. Ölkəmiz çiçəklənir, inkişaf edir. Bunlar hamısı Sizin daxili və xarici siyasətinizin bariz nümunəsidir. Bütün bunların hamısı dünya miqyaslı siyasi xadim, türk aləminin lideri, ulu öndərimiz Heydər Əliyevin dövlətçilik siyasətini uğurla həyata keçirməyinizin bariz nümunəsidir. Bu siyasət nəticəsində ölkəmiz gündən-günə inkişaf edir, xalqımızın güzəranı, maddi rifah halı yaxşılaşır. Onu da qeyd edim ki, bütün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Sizi çox istəyir. Siz Ulu Öndərin siyasi xəttini cəsarətlə davam etdirirsiniz.



Cənab Prezident, Siz çox qayğıkeş, hər bir sahənin inkişafına diqqət yetirən rəhbərsiniz. Ölkəmizdə çoxlu alimlər, yazıçılar, şairlər, mədəniyyət işçiləri, idmançılar var. Siz onların hamısının əməyini yüksək qiymətləndirirsiniz, hamısının öz payını, qismətini özünə çatdırırsınız. Bu qismətdən mənə də pay düşübdür. Ermənilərin həmləsinin qarşısını almaq üçün bizim ordumuz Sizin rəhbərliyiniz altında ayağa qalxdı. O vaxt mənim oğlum da cəbhədə idi. Lələtəpənin alınmasında göstərdiyi şücaətə görə Siz ona Azərbaycanın Milli Qəhrəmanı adı verdiniz. Çox şadam, bu gün Allah-Təala mənə bu fürsəti verib ki, mən Sizə öz minnətdarlığımı üzbəüz bildirim. Sizə öz adımdan, bütün ailəmiz adından minnətdarlıq edirəm. Çox sağ olun, polkovnik Şükür Həmidov Sizin Sərəncamınızla Milli Qəhrəman adına layiq görülüb. Minnətdarlığımı bildirirəm.



Cənab Prezident, bu, tək mənim valideynlik qürurum, sevincim deyil. Bu, bizim ordumuzun Sizin rəhbərliyinizlə qələbəsinin nəticəsidir. Eyni zamanda, Siz özünüz də qeyd etdiyiniz kimi, Cocuq Mərcanlıda görülən işlər qayıdışımızın ilk addımıdır. Biz Sizin rəhbərliyinizlə o addımı davam etdirəcəyik.

Bizim bir el misalı var: Ad günü olana hədiyyə verərlər. Amma Siz bunun əksinə hərəkət etdiniz, bu şad gündə, Sizin ad gününüzdə bu gözəl, hər şəraiti olan qəsəbəni Siz bizə hədiyyə etdiniz. Çox sağ olun, çox var olun. Sizə uzun ömür, işinizdə müvəffəqiyyət arzulayıram.



Hörmətli Mehriban xanım, mənim yaxşı yadımdadır, Siz Birinci vitse-prezident olanda ilk yığıncağınızı qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə əlaqədar keçirdiniz. Mən o yığıncaqdakı çıxışınızı dəfələrlə dinləmişəm. Siz Azərbaycan xalqının sevimli qızısınız. Bütün Azərbaycan xalqı Sizi sevir, Sizi alqışlayır. Ölkəmizin daxilində və xaricdə gördüyünüz işlərin hamısı bizə yaxşı məlumdur. Çox sağ olun, bunlar heç vaxt bizim yadımızdan çıxmaz.



Mən bütün qubadlılılar, bütün məcburi köçkünlər adından, möhtərəm Prezidentimiz, Sizi ad gününüz münasibətilə təbrik edirəm, Sizə cansağlığı arzulayıram. Arzu edirəm ki, Sizin rəhbərliyinizlə torpaqlarımız yaxın vaxtlarda işğaldan azad olunsun, biz gedək öz ata-baba torpaqlarımızı ziyarət edək, beş gün də yaşamalı olsaq, o torpaqda yaşayaq. Çox sağ olun, çox var olun. Onu da arzu edirəm ki, Sizin fərmanları imzaladığınız o qələm həmişə Sizin əlinizdə olsun.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR