Anar Ağakişiyev möcüzələr yaratmağa davam edir - VİDEO

Azərbaycanın dünyaca tanınmış stilisti Anar Ağakişiyevdən növbəti ürək açan addım.

Anar Ağakişiyev öz sehrli əlləri ilə möcüzələr yaratmağa davam edir.

Metbuat.az xəbər verir ki, stilist xanımların könlünü xoş etməyə davam edir. İnstagram hesabından paylaşdığı “əvvəl-sonra” layihəsi ilə daha da məşhurlaşan Ağakişiyev yenə bir xanımın görkəmini dəyişib və sosial media hesabında həmin videonu izləyənləri ilə paylaşıb.

“Əziz bütün dünyadan olan izləyicilərim və dostlarım. Mən sizə hər bir sosiyal xeyriyyəçilik fəaliyyətimdə yanımda olduğunuz üçün təşəkkür edirəm! Tam təsadüfən dünən möhtəşəm bəstəkar Toyqar Işıklının əsəri "Renklerimi çaldınız"a qulaq asırdım və bir neçə gün öncə 2 yaşında faciyəyə uğramış Solmaz xanım mənə müraciyət etdi.Onun üz cizgiləri yadına gəlmir,hətta xatırlaması üçün uşaqlıq şəkilləri belə yoxdur. Şükür ki,artıq hər şey yaxşıdır. Lakin o hər zaman özünə sual edir ki: "Niyə mən? Niyə axı bu baş verməli idi?".Gəlin Yeni il ərəfəsi ona dəstək olaq və bizim dünyamız qədər gözəl olduğunu söyləyək!” sözlərini yazıb, paylaşdığı videonu sizə təqdim edirik:


Qeyd edək ki, stilist bir çox mükafatların sahibidir və dünyaca tanınmış simalarla da çalışıb.

Sevinc Kərimova/METBUAT.AZ

Mən aktyorluğu tərk edib başqa işlərlə məşğul olacağam - Kıvanç Tatlıtuğ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR