Prezident İlham Əliyev indoneziyalı həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya başsağlığı verib.

Məktubda deyilir: "Hörmətli cənab Prezident, Ölkənizdə baş vermiş sunami nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR