"Ağır, çətin, qalmaqallı il olub" - Milli Antidopinq Agentliyi

"2018-ci ildə AMADA tərəfindən keçirilən test sayı artırılıb. Keçən il 402, bu il isə 817 test keçirmişik, artıq 44 bioloji pasport verilib".

Metbuat.az xəbər verir ki, bunu Milli Antidopinq Agentliyinin (AMADA) rəhbəri Şəfəq Hüseynli 2018-ci il üzrə illik hesabatın təqdimatında deyib.

O bildirib ki, beynəlxalq sifarişlər ötən ilə nisbətən az olub: "Bu il 162 min missiya keçirilib, 543 idmançı yoxlanılıb. Güləş, futbol, velosiped, boksda daha çox test keçirilib".

Ş.Hüseynli qeyd edib ki, 35 antidopinq qayda pozuntusu aşkar edilib. Bu pozuntularla yanaşı, idmançıların məkan məlumat pozuntuları da aşkarlanıb. antidopinq pozuntularından 25 faizi azyaşlı idmançılarda aşkar edilib. Bu ciddi rəqəmdir, həll yolları tapılmalıdır".

Sərdar Məmmədov/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR