"Nağdsız ödəniş eyni zamanda korrupsiyanın da qarşısını alacaq" - Nazir müavini

"Şəffaflığa ən böyük problem yaradan əsas səbəb nağdlaşdırma səviyyəsinin həddindən artıq yüksək olmasıdır."

Metbuat.az-ın məlumatına görə bunu Vergilər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Sahib Ələkbərov deyib.

Nazir müavini qeyd edib ki, artıq bir çox ölkələr artıq bundan imtina edib: "Azərbaycanda da nağdsız ödənişlə bağlı böyük işlər görülür. Bu kimlərinsə ürəyincə deyil. Ancaq dövlət bu məsələdə güzəştə yol vermir və ciddi mübarizə aparmağa davam edir. Çünki nağdsız ödənişin səviyyəsini artırmasaq, bu ciddi problemlər yaradacaq. Nağdsız ödəniş eyni zamanda korrupsiyanın da qarşısını alacaq".

Günay Elşadqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR