Turizm sahəsi üzrə seminar keçirilib - Otelçilik haqda müzakirə / FOTOLAR

“Hotels Academy” grupun təşkil etdiyi seminar ötən gün maraqlı məqamlarla yadda qalıb.

Metbuat.az bildirir ki, seminarda “Eastern Mediterranean University”-nin Turizm və Qonaqpərvərlik fakültəsinin professoru, Türkiyədə "Rixos" Otellər şəbəkəsinin HR koordinatoru, “Royal Caribbean" və "Celebrity Cruise" şirkətlərinin Türkiyə üzrə Personal və Təhsil müdürü, "Starboard Cruise Services " şirkətinin HR üzrə Türkiyə nümayəndəsi, İFSE (İtalian Food Style Education) şirkətlərində Türkiyə üzrə məsul şəxsi Muammer Songur da iştirak edib.

O, otelçilik haqda olan biliklərini seminar iştirakçılarıyla bölüşüb:

“Həyata 14 yaşımda xörəkpaylayan köməkçisi olaraq başlamışam. Mən xörəkpaylayan işləyəndə orada mənimlə yaşıd olan balaca bir qız gördüm. Ona su vermişdim. O, isə mənə “Mən burada rəqqasə olaraq çalışacağam” - demişdi. Həmən qız kim idi bilirsiniz? Sibel Can illər, sonra biz Sibel Can ilə qarşılaşanda o, məşhur bir müğənni mən isə dünya divi olan “Royal Caribbean” şirkətinin kadrlar üzrə mütəxəssisi idim”.

Songur həyatda və işdə müvəffəqiyyət əldə etmək üçün dayanmadan işləmək lazım olduğunu bildirib:

“İndiki zamanda sadəcə universitet bitirmək və ya dil bilmək kifayyət deyil. Hər insan edə biləcəyindən belə daha çox şey etməlidir”.

Muammer Songur sonda bu sahədə uğur qazanmaq istəyənləri "Hotels Academy"ə dəvət edib.

Maraqlı sual-cavabdan sonra iştirakçılar sertifaktlarla təltif edilib.

Qeyd edək ki, “Hotels Academy” şirkəti turizim üzrə dünyaca məşhur təlimçiləri Azərbaycana dəvət etməyə davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR