Bakıda tanışlarını soyundurub şantaj edən dəstəyə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Zeynal Hüseynov, Rəşad Sultanov, Həsənbala Həsənov və Dəyanət Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Z.Hüseynov 8 il, R.Sultanov və H.Həsənovun hər biri 7 il 6 ay, D.Abdullayev isə 8 il 6 ay azadlıqdan məhrum edilib.

İttiham aktına görə, adıçəkilən şəxslər Bakıda tanışlarını soyundurub döyərək şəxsiyyətini alçatmaqda və daha sonra ondan pul tələb etməkdə təqsirli bilinirlər.

Məlum olub ki, Zeynal Hüseynov, Rəşad Sultanov, Həsənbala Həsənov və Dəyanət Abdullayev zərərçəkmişi soyundurduqdan sonra onu telefonla çəkərək görüntüləri özlərində saxlayıblar. Daha sonra həmin görüntülərlə zərərçəkmişi şantaj edərək dəfələrlə ondan pul tələb ediblər.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR