Rusiya iqtisadiyyatında 2015-cı ildə 2,9 faiz azalma olacaq

Rusiya iqtisadiyyatında 2015-cı ildə 2,9 faiz azalma olacaq
04:54 14 Yanvar 2015
153 Dünya
Ölkə mətbuatı
A- A+

Dünya Bankı (DB) dünya iqtisadiyyatının artım templərinin azalacağını proqnozlaşdırıb. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə DB-nin məruzəsində qeyd olunub.  Ekspertlər  2015-ci ildə dünya iqtisadiyyatının 3 faiz artacağını proqnozlaşdırır. Əvvəlki proqnozlar artımın 3,4 faiz olacağını müəyyənləşdirmişdi.

 

Dünya Bankı həmçinin 2016-cı il üçün verdiyi proqnoza da dəyişiklik edib. Belə ki, artım tempi 3,5 faizdən 3,3 faizədək endirilib. 2017-ci ildə artımın 3,2 faiz təşkil edəcəyi proqnozlaşdırılır.

 

Ekspertlər Rusiya iqtisadiyyatında 2015-cı ildə 2,9 faiz azalma olacağını proqnozlaşdırır. 2016-cı ildə isə ölkə iqtisadiyyatı çətinliklə müsbət göstəriciləri bərpa etməyə müvəffəq olacaq.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190274

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR