Türk sənətçinin qalmaqallı mirası bölüşdürüldü

Türk sənətçinin qalmaqallı mirası bölüşdürüldü
05:31 14 Yanvar 2015
187 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyəli məşhur sənətçi Adnan Şənsəsin mirası paylaşılıb.

ANS PRESS-in məlumatına görə, türk sənət musiqisinin şedevri Adnan Şənsəsin ölümündən sonra həyat yoldaşı Lalə xanım ilə ilk həyat yoldaşı Meral Tunalıdan olan qızı Arzum arasında miras davası düşmüşdü.

Bu səbəblə də Lalə xanım ilə Arzum sənətçinin illər əvvəl aldığı Zeytinburnundakı yanacaq-doldurma məntəqəsini 10 milyon dollara satışa çıxarmışdı.

Artıq 1 ilə yaxındır ki, satışa çıxarılan yanacaq-doldurma məntəqəsi 3 milyon dollar aşağıya satılıb. Daha sonra 7 milyon dollar varislər arasında bölüşdürülüb. Ən böyük hissə Şənsəsin oğlu kimi sevdiyi Muhsin Ərtuğral alıb. Şənsəsin həyat yoldaşı ilə qızı isə kiçik bir hissə alıb. Məntəqənin işçiləri isə aylardır maaşlarını almadıqları üçün şikayətçi olublar.

Qeyd edək ki, Şənsəsin mülkiyyətinə Zeytinburnundakı yanacaq-doldurma məntəqəsindən başqa, İstanbulun Ortaköy, Akatlar və Arnavutköy rayonlarında bir lüks ev, İngiltərədə bir lüks ev, Levent məhəlləsində bir villa, Bordum Gümüşlükdə bir ferma, iki "Volksvagen" avtomobili və iki tanker daxildir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=319551

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR