Bərdədə ev partladı - 2 nəfər xəsarət aldı

Bərdə rayonunda evdə partlayış olub.

Metbuat.az-ın məlumatına görə, hadisə rayonun "İnstitut meşəsi" adlanan ərazisində qeydə alınıb.

Həmin ərazidə rayon sakini Allahverdiyeva Hədiyyə Ədil qızına məxsus evdə qaz sobasının partlaması nəticəsində yanğın baş verib.

Hadisə nəticəsində evdə olan 2 nəfər - Vəliyev Elvin Azər oğlu və Hacıyev Elmin Nazim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.

Bakıda yıxılan ağırçəkili qadın xilas edildi – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR