İlkinin "Fəlakət"lə bağlı açıqlaması QALMAQAL YARATDI / VİDEO

Aktyor İlkin Həsəninin "Fəlakət" filmi ilə bağlı dediyi sözlər sosial şəbəkədə müzakirələrə səbəb olub.

Metbuat.az bildirir ki, Axşam.az-ın məlumatına görə, aktyor Elşən Orucovun rol aldığı ekran işi ilə bağlı müsahibə verən İlkinin videosu sosial şəbəkədə yayılıb. O, "Fəlakət" filminin balacalar tərəfindən bəyəniləcəyini bildirib:

"İllərdir o, obrazları sevdirdik, qaldırdıq. Elə işlər görək ki, onlar həmin yerdən düşməsin. "Fəlakət" filminə baxdım, tam fərqli rejissor işi, rənglər gördüm. Bizim tamaşaçılarımız, xüsusilə də balaca dostlarımız bu filmi sevəcəklər".

İlkinin "uşaqlar bəyənəcək" sözləri müzakirələrə səbəbəb olub.

Qeyd edək ki, "Bozbash pictures" komandasının üzvləri bir müddətlik fəaliyyətlərinə ara verib və ayrı-ayrılıqda çalışırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR