Makron çıxış edərkən əsgərin ürəyi getdi - VİDEO

Fransa prezidenti Emmanuel Makron Mərkəzi Afrika respublikası olan Çada səfəri zamanı terrorla mübarizə mövzusunda çıxış edərkən onun yanında duran fransalı hərbçilərdən biri huşunu itirib.

Metbuat.az-a Azvision.az-a istinadən xəbər verir ki, Makron 20 dəqiqəlik çıxışı ilə diqqət çəkib.

O, “ABŞ-ın Suriya məsələsində verdiyi qərara görə təəssüflənirəm. Müttəfiqlər etibarlı olmalıdır” deyərək, Afrika regionunda terrorçularla mübarizə aparan Fransa ordusuna müraciət edib. Bu zamanı fransalı hərbçi özündən gedərək yerə yıxılıb. Bunu görən Makron əvvəlcə təəccüblənərək nə edəcəyini bilməyib. Daha sonra isə köməyə qaçan digər insanlara qoşularaq, hərbçiyə su verib. Bu görüntülər sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR