"Jiquli" bahalaşdı

"Jiquli" bahalaşdı
05:41 14 Yanvar 2015
188 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın "Avtovaz" şirkəti yanvarının 15-dən Lada avtomobillərinə qiymətlərin artacağını elan edib.

ANS PRESS-in məlumatına görə, məlumatda deyilir ki, qiymət artımı orta hesabla 9% təşkil edəcək.

"Avtovaz" avtomobil nəhənginin prezidenti Bo Anderssonun sözlərinə görə, şirkət bu addımı məcbur olaraq atır.

"Biz Rusiya iqtisadiyyatında vəziyyətin qısa bir zamanda düzələcəyinə ümid edirdik, lakin, təəssüf ki, bu baş verməyiв"- deyə Andersson bildirib.

Bundan əvvəl sonuncu dəfə "Lada" avtomobillərinin qiyməti 2014-cü ilin mart ayında bahalaşmışdı.

Təzələrlə yanaşı Rusiyada işlənmiş avtomobillərə də qiymət artıb.

İzvestiya qəzetinin xəbər verdiyinə görə, ötən ilin deklabr ayında işlənmiş avtomobillərə qiymət noyab ayı ilə müqayisədə 46% artıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=21&nid=319549

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR