Bakıda yanğın - 4 nəfər xəsarət aldı

Sabunçuda yanğın hadisəsi baş verib.

FHN-dən Metbuat.az-a verilən məlumata görə, bir dam altında tikilmiş, ümumi sahəsi 40 m² olan 1 otaqlı evin yanar konstruksiyaları 25 m² sahədə və ümumi sahəsi 30 m² olan 2 otaqlı evin yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Yanğın zamanı 4 nəfər xəsarət alıb. Evlərin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR