Yol polislərinə verilən yeni avtomobillər bir çox xüsusiyyətləri ilə əvvəlkilərdən fərqlənir - VİDEO

Yol polislərinə son model xidməti avtomobillər veriləcək.

Metbuat.az-ın məlumatına görə, "Mercedes" markalı yeni model avtomobillər bir çox xüsusiyyətləri ilə əvvəlkilərdən fərqlənir. Alınan 118 avtomobilin hamısında yeni ''İ-Patrul'' sistemi quraşdırılıb. Bu sistem texniki xüsusiyyətlərinə görə əvvəlkilərdən xeyli fərqlənir. Yol Patrul Xidməti avtomobilinin dayandığı, eləcə də hərəkət etdiyi hallarda fasiləsiz qaydada fəaliyyət göstərmək imkanına malik olan sistem ətrafı 360 dərəcə əhatə edən 9 videonəzarət kamerası ilə təchiz olunub. Sistemin daxilində qarşıdakı beş zolaqda hərəkət edən nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını və sürətlərini avtomatik rejimdə qeydə alan "Radar" quraşdırılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR