Tanınmış jurnalistə yeni vəzifə verildi

Əməkdar jurnalist Füzuli İsmayılov yeni vəzifəyə təyin olunub.

Metbuat.az-ın məlumatına görə, o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində mətbuat katibi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Füzuli İsmayılov 1975-ci ildə Gədəbəy rayonunu Cəfərli kəndində anadan olub. 1992-ci ildə orta məktəbi bitirib. Elə həmin il Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna daxil olub. 1997-ci ildə həmin institutu fərqlənmə diplomu ilə başa vurub. Həmçinin Bakı Dövlət Universiteti hüquq fakültəsinin məzunudur. Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasında təhsil alıb. 2005-ci ildə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ABŞ-ın mövqeyi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Tarix elmləri namizədidir.

1996-cı ildən Azərbaycan Dövlət Radiosunda, 1998-ci ildən 2005-ci ilə kimi isə Azərbaycan Televiziyasında işləyib. 2005-ci ilin may-iyul aylarında Azərbaycan Müəllimlər İnstitutunda kadrlar şöbəsinin rəisi vəzifəsində çalışıb. 2005-ci il avqustun 1-dən İctimai Televiziyada işləyir. Bir müddət Gənclər və İdman verilişləri departemintinə rəhbərlik edib, Musiqi, bədii və əyləncəli verilişlər departemintinin direktoru, İnformasiya və analitik proqramlar departamentinin Baş redaktoru, Kino və dublyaj departamentinin və Analitik proqramlar departamentinin direktoru vəzifələrində çalışıb. Həftəlik "Yekun" analitik informasiya proqramı ilə efirə çıxıb və "Gecənin aydınlığı", "Aləm Ailəm" verilişlərinin müəllifi və aparıcısı olub. "Xalq seçir"-Prezident seçkiləri-2013 teledebatlarının moderatorudur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR