Yəhudi alimdən gələcəklə bağlı qorxulu proqnoz

Dünyaca məşhur “Homo Sapiens” və “Homo Deus” kitablarının müəllifi, israilli professor, tarixçi alim Yuval Noy Harari Türkiyə mətbuatına geniş müsahibə verib.

Metbuat.az oxu.az-a istinadən bildirir ki, müsahibədə Harari gələcəklə bağlı bir sıra açıqlamalar verib.

O bildirib ki, süni intellekt və robotlar getdikcə daha da inkişaf edirlər. Alim hazırda süni intellekt dövrünün başlanğıcında olduğumuzu, getdikcə süni intellektin və robotların iş bazarında insanları sıxışdıracağını söyləyib. Harari bunun nəticəsində milyonlara insanın işsiz qala biləcəyini və “işə yaramazlar” təbəqəsinin yaranacağını qeyd edib.

Alimin fikrincə, bəzi peşələr yox olacaq və insanlar üçün yeni iş yerləri yaranacaq. Bu isə xüsusi bacarıq və davamlı təhsil tələb edəcək. Nəticədə insanlar üç, dörd, hətta beş universitet oxumağa məcbur olacaqlar.

Harari hesab edir ki, insanların 20 il sonra universitetdə hansı sahə üzrə təhsil alacaqları, harada işləyəcəkləri, kiminlə evlənəcəkləri və s. məsələlər kompüter vasitəsilə təyin ediləcək. O, artıq bu üsuldan banklarda kredit verilməsi zamanı istifadə olunduğunu bildirib.

Harari müvafiq alqoritmin qəddar rejimlərin əlinə düşəcəyi halda, nəticələrin qorxunc olacağını, “rəqəmsal diktatorluq”ların yarana biləcəyini söyləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR