Penitensiar xidmət qadağan olunmuş əşyaların keçirilməsinin qarşısını alıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İxtisaslaşdırılmış müalicə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Metbuat.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə əsasən 1 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Salayev Sulidin Bibiqulu oğlu ilə qısamüddətli görüşə gəlmiş qardaşı Abşeron rayon sakini Salayev Aqil Bibiqulu oğlunun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman əynindəki şalvarın bel hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş 1,067 qram “Heroin” və 0,027 qram “Metamfetamin” psixotrop maddəsi aşkar edilib.

Həmçinin 1 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 120.2.1; 120.2.5; 120.2.11; 181.3.2; 185.2.1; 333.2; 170.3; 62 və 66.3-cü maddələrinə əsasən 15 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Əhmədov Ülvi Rauf oğlu ilə qısamüddətli görüşə gəlmiş qardaşı Salyan rayon sakini Əhmədov Zülfi Rauf oğlunun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman göyərtinin içində gizlədilmiş 14,868 qram tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR