Tanınmış aşıq vəfat etdi

Azərbaycan aşıq sənətinə və Şirvan aşıq məktəbinə ağır itki üz verib.

Metbuat.az milli.az-a istinadən xəbər verir ki, tanınmış ustad Aşıq Yanvar Şirvanlı (Bədəlov) bu gün səhər saatlarında rəhmətə gedib.

Aşıq Yanvar Piralı oğlu Bədəlov 1942-ci il fevralın 2-də İsmayıllı rayonunun Tircan kəndində doğulub. Yanvar orta məktəbdə oxuyarkən qonşu Kəlfərəc kəndində yaşayan Aşıq Şamildən dərs alıb. Orta təhsilini başa vurandan sonra Bakı Mədəni-Maarif Texnikumunu bitirib.

2016-ci il 19 sentyabr tarixində prezident İlham Əliyevin verdiyi sərəncamla aşıq Yanvar Pirali oğluna Azərbaycan Respublikasinin Əməkdar mədəniyyət işçisi adı verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR