Müdafiə Nazirliyinin tabeliyində olan təşkilatlarda toplantılar keçirilib - FOTOLAR

Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən qoşun növləri və qisimlərində, nazirliyin baş idarə, idarə və xidmətlərində, birlik və birləşmələrdə, xüsusi təyinatlı hərbi təhsil müəssisələrində 2018-ci ilin yekunlarına dair toplantılar keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirlərdə məruzə edənlər il ərzində görülən işlərdən, qazanılan uğurlardan və 2019-cu ildə qarşıda duran vəzifələrdən danışıblar.

Sonda Müdafiə nazirinin müvafiq əmrləri ilə 2018-ci ildə döyüş hazırlığının yekunlarına görə xidmətdə fərqlənən hərbi qulluqçulara fəxri fərmanlar, qiymətli hədiyyələr və digər mükafatlar təqdim olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR