​Ukraynanın Azərbaycandakı səfiri vəzifəsindən azad edilib

Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko vəzifəsindən azad edilib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Ukrayna prezidenti Pyotr Poroşenko müvafiq fərman imzalayıb.

Qeyd edək ki, Aleksandr Mişşenko 2011-ci ilin aprelin 6-dan indiyədək Ukraynanın Azərbaycandakı səfiri vəzifəsini icra edib. Mişşenko bundan əvvəl Ukrayna XİN-in dördüncü ərazi departamentinin direktoru işləyib. Departamentin fəaliyyət dairəsinə Mərkəzi və Şərqi Avropa ölkələri, Balkan və Cənubi Qafqaz regionlarının ölkələri, eləcə də Türkiyə daxildir.

Mişşenko, həmçinin 2003-2005-ci illərdə Ukraynanın Avstraliyada, 2005-2008-ci illərdə Türkiyədə səfiri olub.

1 aya 10 kiloqram arıqladan PƏHRİZ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR