Bakıda "Range Rover" markalı avtomobil qarət olunub - FOTOSESSİYA

Bakıda "Range Rover" markalı avtomobil qarət olunub - FOTOSESSİYA
06:42 14 Yanvar 2015
204 Digər
Ölkə mətbuatı
A- A+

[ 14 Yanvar 2015 06:26 ]

Bakı. Mahir Məmmədli-APA. Bakıda "Range Rover" markalı avtomobil qarət olunub.

APA -nın məlumatına görə, hadisə Əmircan qəsəbəsinin Zülal Tağıyev küçəsində baş verib. İki nəfər naməlum şəxs rayon sakini Elxan Səfərova məxsus “Range Rover” markalı avtomobilə girərək maşının saxlanc yerini sındırıb oradakı mobil telefonu, sənədləri və avtomobilin müxtəlif ehtiyat hissələrini oğurlayıblar. Naməlum şəxslərin avtomobilə girdiyini zərərçəkmişin qonşusu görüb və bu barədə Elxan Səfərova məlumat verib.

 

Ümumilikdə zərərçəkmişə 2 min manat dəyərində ziyan vurulduğu bildirilir. Zərərçəkmiş faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə müraciət edib. Bölmənin təhqiqatçısı Rasim Seyidov bildirib ki, cinayəti törətməkdə şübhəli bilinən şəxslərin əl-barmaq və avtomobilin salonundakı qan izlərinin nümunələrini götürülüb. Hazırda cinayəti törədən şəxslərin axtarışları davam edir.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368982

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR