Dünən axşam saatlarında Avstriyanın paytaxtı Vyanada kilsəyə hücum edilib.
Metbuat.az azvision.az-a istinadən xəbər verir ki, naməlum şəxslər silahla kilsəyə basqın edərək din xadimlərini qarət ediblər.
Hücumun iki nəfər tərəfindən təşkil olunduğu, nəticədə 15-ə yaxın şəxsin xəsarət aldığı bildirilib.
Hadisə yerinə polis əməkdaşları, təcili tibbi yardım briqadaları cəlb olunub. Ərazidə atışma səslərinin eşidildiyi deyilir. Cinayətkarların axtarışı davam edir.