​2018-ci il ərzində Texniki Şuralar vasitəsilə 2037 müraciətə baxılıb

2018-ci ilin dekabr ayında Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralar vasitəsilə 118 müraciət daxil olub və icrası təmin edilib.

Metbuat.az xəbər verir ki, dekabr ayı üzrə Texniki Şuralara daxil olmuş müraciətlər əsasında sahibkarlar tərəfindən 1352,57 kVt güc sifariş edilib və 291804,98 AZN qoşulma haqqı ödənilib.

Bütün müraciətlər 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərində, SumqayıtGəncə şəhərlərindəki “ASAN Xidmət” mərkəzlərində yaradılmış Texniki Şuralar vasitəsilə qəbul edilib.

Qeyd edək ki, cari ilin may-dekabr ayları ərzində Enerji Məsələlərini Tənzimləmə Agentliyinə sahibkarlar tərəfindən Texniki Şuralar vasitəsilə 1164 müraciət daxil olub. Bu dövrdə 14663,85 kVt güc sifariş edilib, 3351774,06 AZN qoşulma haqqı ödənilib.

Günün qoroskopu - Səbirli, soyuqqanlı olun - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR