Deyirlər ki, toy olacaq - 2019-cu ildə evlənməsi gözlənilən məşhurlar

2018-ci il məşhur evlilikləri ilə yanaşı boşanmaların da ili olub.

Metbuat.az bildirir ki, bir çox məşhur cütlük də bu il nişanlandı və evlilik təklifi aldı. 2019-cu ildə toylarının olmağını gözlədiyimiz məşhurlar da var:

1. Justin Bieber və Hailey Baldvin.

Bəli, cütlük bu il rəsmi olaraq evlənmiş olsa da, bu dərəcə məşhur simaların gizli nigahla qane olacaqlarını düşünmək səhv olardı. Məşhur cütlük toy hazırlıqları etdiklərini eşitdiriblər.

2. Kylie Jenner və Travis Scott.

Cütlük rəsmi olaraq evli deyillər, amma bir qız övladları var. Travis “Rolling Stone” jurnalına verdiyi açıqlamada evlənəcəklərini deyib.

3. Josh Dun və Debby Ryan.

Josh Dun 5 illik sevgilisinə ötən aylarda evlənmə təklifi edib və “hə” cavabı alıb.

4. Lady Gaga və Christian Carino.

Uzun zamandır ki məşğul olan və evlənməyə fürsət tapmayan Lady Gaganın 2 illik nişanlısıyla dünya evinə girməsi gözlənilir.

5. Cristiano Ronaldo və Georgina Rodriguez.

Məşhur futbolçu bir uşağının da anası və uzun zamandır sevgili olduğusevgilisinə nəhayət bu il evlənmək təklifi edib və nişanlanıb. 2019da toyunu gözlədiyimiz məşhurlardandır.

Sevinc Kərimova/METBUAT.AZ

"Təkrar evlənməyi düşünmürəm" - Emina Jahovic


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR