PENSİYA məbləği gələn ildən... - İqtisadçıdan VACİB ŞƏRH

“Gələn ay pensiya məbləğləri 2018-ci ildə orta aylıq əmək haqqındakı faiz artımına indeksasiya olunacaq”.

Bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, baza hissəsi ləğv olunduğundan, tam məbləğin indeksasiyası həyata keçiriləcək:

“Bu ildən başlayaraq, pensiya məbləği infilyasiya səviyyəsinə deyil, orta aylıq əmək haqqındakı artım faizinə indeksasiya olunur. Bununla belə, pensiyaların indeksasiya mexanizminin təkmilləşdirilməsinə ehtiyac var. Belə ki, pensiya məbləğinin orta aylıq əmək haqqıdakı artıma deyil, əhalinin gəlirlərindəki artım faizinə indeksasiya olunması daha məqsədə uyğun olardı. Belə ki, qeyri-rəsmi məşğulluq mövcud olduğundan orta aylı əmək haqqıdakı artım gəlirlərin artımını tam ifadə edə bilmir. Digər tərəfdən, rəsmi statistikada əhalinin gəlirləri orta aylıq əmək haqqına nisbətən daha yüksək faizlə artıdığından, bu indeksasiya zamanı pensiyaların daha çox artmasına imkan verə bilir.

Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 10 ayında əhalinin gəlirləri 9.2 faiz artsa da, orta aylıq əmək haqqı cəmi 2.8 faiz çoxalıb. Eləcə də, 2018-ci ildə orta aylıq əmək haqqının 4 faiz artacağı gözlənilsə də, əhalinin gəlirləri 9 faizdən çox artacaq. Gələn ildə orta aylıq əmək haqqı ilə əhalinin gəlirlərindəki artım arasında fərq var: artım uyğun olaraq 5.7 və 9.0 faiz proqnozlaşdırılır.

Etiraf edək ki, 2018-ci ildə pensiyaya əlçatınlığın artırırlması ilə bağlı bir sıra islahatlar həyata keçirildi. Aşağı pensiya alan 80 minə yaxın vətəndaşın pensiya məbləğinin gələn ildən orta hesabla 30 faiz artırılması da buna aid edilə bilər. Bu baxımdan, bu islahatların tərkib hissəsi kimi indeksasiya sistemində meyarların dəyişdirilməsi vacibdir. Əmək müqavilələrində maaş məbləğinin tam göstərilməməsi, hətta əmək müqavilələrinin bağlanmaması hallarının az olmadığını nəzərə alsaq, pensiyaların orta aylıq əmək haqqıdakı artıma deyil, əhalinin gəlirindəki artım faizinə indeksasiyası daha doğru olardı. Bu halda indeksasiya nəticəsində pensiya məbləğlərinin daha çox artmasının şahidi ola bilərik”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Günün qoroskopu - Səbirli, soyuqqanlı olun - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR