“Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” adlı layihə çərçivəsində tədbir keçirilib - FOTOLAR

27.12.2018-ci ildə Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lənkəran rayonu Şağlaser kənd məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” adlı layihə çərçivəsində rayonun Şağlaser kənd tam orta məktəbində maarifləndirici tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, məktəbin direktor müavinləri Rauf Sadıqov, Məhəbbət Məmmədova, icma sədri Ruhulla Ruhullayev, müəllimlər və şagirdlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Şağlaser kənd məscidi dini icmasının sədri Ruhulla Ruhullayev çıxışında keçirilən tədbirin gənclərin sağlam və vətənpərvər ruhda böyüməsində vacib rol oynadığını vurğulayıb.

DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında ölkəmizdə gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi, onların zərərli vərdişlərdən, dini radikalizmdən qorunması, eləcə də, erkən nikahların aradan qaldırılması sahəsində mühüm tədbirlər həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırıb. E.Həmidli milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsində gənclərin üzərinə mühüm vəzifələr düşdüyünü bildirib.

Məktəbin direktor müavinləri Rauf Sadıqov, Məhəbbət Məmmədova və məktəbin müəllimi İbadət Cəlalov çıxışlarında zərərli vərdişlərə və erkən nikaha qarşı mübarizədə gənclərin elm və təhsilə yiyələnmələrinin, milli-mənəvi dəyərlər ruhunda formalaşmalarının əhəmiyyətini qeyd ediblər.

Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR