Sel 25 min qaçqını çadırsız qoydu

Suriyada müharibə bölgələrindən qaçaraq çadırlara sığınan qaçqınların düşərgələri sel suları altında qalıb.

Metbuat.az qafqazinfo.az-a istinadən xəbər verir ki, leysan yağışları Türkiyə ilə sərhədə yaxın İdlib və Lazkiyə bölgələrində daha şiddətli olub.

Məlumata görə, bu bölgələrdə ümumilikdə 11 düşərgə istifadəyə yararsız vəziyyətə düşüb. 25 minə yaxın insan sel olan ərazilərdən təxliyyə edilib.

Qaçqınlar üçün İdlibin mərkəzində müvəqqəti sığınacaq qurulacağı bildirilib.

Sabahdan 5 günlük bayram tətili başlayır - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR