“KamAZ” “Opel”lə toqquşub - Ölən var

Ucarda “KamAZ” “Opel”lə toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ucar rayonunun Müsüslü kəndində “KamAZ” markalı yük avtomobili və “Opel” markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir) sərnişinin meyitini və digər 1 nəfər sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR