​Regionlar Kuboku layihəsinin final mərhələsinə yekun vuruldu - FOTOLAR

Gənclər Fondunun maliyyə dəstəyi və İsmayıllı İntellektual Oyunlar Klubu və İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Dünya Azərbaycanlıların Həmrəyliik gününə həsr edilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Regionlar Kubokunun final-bağlanış mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Regionlar Kubokunun finalı isə 25 dekabr tarixində İsmayıllıda "Qala Palace"-da keçirilib.

Rəsmi hissə qonaqları salamlamaq və tədbiri açılış nitqi ilə İsmayıllı İntellektual Oyunlar Klubunun sədri, Azad Manaflı çıxışına başlayıb. A. Manaflı intellektual oyunların gənclərin asudə vaxtının təşkilində və onların inkişafında önəmli rolunu vurğulayaraq belə yarışların ənənəvi hal almasının vacbiliyini qeyd edib. Regionda ilk dəfə belə bir layihənin təşkili olunması və böyük maraq doğurduğunu nəzərə alaraq Azərbaycan Gənclər Fonduna təşəkkürünü bildirərək, daha da uğurlu layihələrlə gənclərə dəstək olmağı bildirib.
O, həmçinin öz çıxışında qeyd etdi ki, intellektual oyunlar hərəkatının ölkədə insan kapitalının formalaşdırılmasında əvəzsiz rola malik olduğunu bildirib. Daha sonra Azərbaycan Gənclər Fondunun nümayəndəsi Zaur Osmanov çıxış edərək intellektual oyunların təşkilinin Fondun prioritet layihələri arasında olduğunu deyib. O, gələcəkdə də intellektual istiqamətli layihələrin dəstəklənəcəyini söyləyərək həm gənclər təşkilatlarının, həm fərdi şəxslər Fonda öz layihələri ilə müraciət edə bilərlər. Bundan əlavə olaraq Fond tələbələrin təhsil haqlarının qarşılanmasına da köməklik göstərməsi barədə ətraflı danışıb.

Daha sonra isə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini, Rauf Rəcəbov gənclər üçün regionda yaradılan şəraitdən geniş söz açdı. R.Rəcəbov gənclərin inkişafı üçün intelektual yarışların çox önəmli olduğnu qeyd edərək gələcəkdə də bu tip layihələrə hər zaman dəstək olduqlarını bildirib. İsmayıllı Təhsil Şöbəsinin əməkdaşı Ülviyyə Zeynalova isə gəclərin intellektual oyunlara marağı İsmayıllıda hər zaman öndə duran məsələlərdəndir. Bunun bariz nümunəsidir ki, qəbul imtahanlarında gənclərimiz yüksək nəticələr əldə edir, fənn olimpiadalarında fəal işrirak edirlər. Regionda intellektin inkişaf edilməsi üçün İsmayıllı rayon Təhsil şöbəsi olaraq bu tip layihələrə hər zamanda dəstəkləndiyini bildirib.

Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Namiq müəllim intellekt layihələri və həmçinin gənclər ilə bağlı olan bütün layihələr hər zaman icra başçısının cənab, Mirdamət Sadıqovun diqqət mərkəzində olub. Başçının çıxışlarında gənclər üçün yaradılmış şəraitdən, asudə vaxtlarının səmərəli təşkili barədə qeyd edilir. Bundan sonrakı layihələrdə də birlikdə əməkdaşlıq ediləcəyini diqqətə çatdırıb. Bu layihə region gəncliyinin intellektinin yüksəlməsində bir təkan olduğunu qonaqların nəzərinə çatdırıb.

Rəsmi hissə bitdikdən sonra final oyunu başlayıb. Final oyununa seçim turlarında ən yaxşı nəticə göstərən, Azərbaycanın 6 regionu və İsmayıllını təmsil edən 23 komanda intellektual mübarizəyə başlamışdır. Final mərhələsi çərçivəsində komandalar kubok uğrunda gərgin mübarizə gedib. Regionlardan gələn və məktəblilərdən ibarət olan komandaları həvəsləndirmək üçün onlara iştiraklarına görə sertifikat təqdim edildi. Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə keçirilən Regionlar Kuboku layihəsinin final mərhələsi Elmidar Suleymansoyun baş redaktorluğu ilə tərtib edilmiş 36 sualdan ibarət sual paketinin səsləndirilməsi ilə oyuna start verilib. Oyun komandalar tərəfindən böyük marağa səbəb olub. Sonuncu suala qədər davam edən gərgin mübarizədə İsmayıllı rayonunun Bumerag komandası üçünçü yer, Qəbələnin “Abutiruentr” komandası ikinciliklə kifayətlənib. Şamaxının “İstiqlar” komandası isə Regionlar Kubokunu başı üzərinə qaldıraraq layihənin qalibi olub. Layihənin təşkilati işlərində fəal iştirak edən gənclərə fəxri fərmanlar təqdim edilib. Həmçinin qaliblərə kubok, medal, diplom və hədiyyələrlə mükafatlandırılıblar. Sonda isə hamı ilə xatirə foto şəkli çəkilib.









Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR