Növbəti sürət qatarları Qəbələ və Yalama istiqamətlərində olacaq – Cavid Qurbanov

“Böyük ehtimalla növbəti sürət qatarları Qəbələ və Yalama istiqamətlərində olacaq”.

Metbuat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib. QSC sədri qeyd edib ki, bu istiqamətdə artıq işlərə başlanılıb: “Tikinti işləri qaydasında gedərsə, növbəti ilin sonlarına Qəbələ istiqamətində yol təhvil veriləcək. Texniki imkanlarımız bunu reallaşdırmağa imkan verir. Növbəti istiqamət isə Yalama olacaq”.

Cavid Qurbanovun sözlərinə görə, Bakı-Yalama yolunun tikintisi üçün artıq tender elan olunub: "Prosesin iki il çəkməsi gözlənilir, çünki bu yol daha mürəkkəbdir. Orada yeraltı və yerüstü keçidlər olacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR