Tanınmış rejissorun ailəsinə ağır itki

Tanınmış rejissor, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin ailəsinə ağir itki üz verib.

Metbuat.az xəbər verir ki, rejissorun qaynı Siyavuş Nəcəf oğlu Qibləliyev dünən axşam saatlarında vəfat edib. S.N.Qibləliyev Naxçıvan Muxtar Respublikasında uzun illər yüksək və məsul vəzifələrdə çalışıb. Muxtar Respublikanın Kommunal Təsərrüfatı naziri, Dövlət Plan Komitəsinin sədr müavini olub, bir sıra tikinti təşkilatlarına rəhbərlik edib, Naxçıvan MR Ali Sovetinə deputat seçilib.

Mərhum bu gün torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!

http://metbuat-az.com/news/1101354/3-qollu-dogulan...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR