"ASAN xidmət" işçilərinin peşə bayramıdır

Bu gün "ASAN xidmət" işçilərinin peşə bayramıdır.

Metbuat.az xəbər verir ki, prezident İlham Əliyevin 29 dekabr 2017-ci il sərəncamı ilə“ASAN xidmət” işçilərinin peşə bayramı təsis edilib.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılıb. “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır.

“ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.

Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur. Dövlət Agentliyinin missiyası fəaliyyət istiqamətlərinə uyğun olaraq, dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin təşkilində müasir innovativ texnologiyaların və metodların tətbiqi ilə vətəndaş məmnunluğuna nail olmaqdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR