Almaniya Əfqanıstandakı qoşunlarını çıxara bilər

Birləşmiş Ştatlar Əfqanıstandan çıxacağı təqdirdə Almaniya da öz qoşunlarını geri çəkə bilər.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Almaniyanın keçmiş Müdafiə naziri general Herald Kucat danışıb.

Onun sözlərinə görə, ABŞ ordusunun buradan çıxması alman hərbçilərə qarşı təhdidi artıracaq. Bu zaman isə onların təhlükəsizliyi sual altına düşə bilər.

Keçmiş nazir bildirib ki, alman hərbçilərin təhlükəsizliyinə təminat olmadığı təqdirdə onların ölkədə qalması əsaslandırıla bilməz və buna görə də onlar Əfqanıstanı tərk edə bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR