İtaliya Səudiyyə Ərəbistanı ilə əlaqələri yenidən nəzərdən keçirir

İtaliya hökuməti jurnalist Camal Kaşıkçı cinayətinə və Yəməndə davam edən müharibəyə görə, Səudiyyə Ərəbistanına silah satışını tezliklə dayandıracaq.

Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, bu barədə açıqlama verən baş nazir Cüzeppe Konti ilin yekunlarına dair mətbuat konransında bildirib ki, rəsmi Roma Ər-Riyadla münasibətləri yenidən nəzərdən keçirir.

Hökumət başçısının sözlərinə görə, həm Kaşıkşı cinayətinin gedişatı həm də Yəməndə törədildiyi iddia edilən hərbi cinayətlərlə bağlı hadisələr İtaliyanın diqqətindədir. Baş nazir bəyan edib ki, irəli sürülən bir sıra iddialar bu hadisələrdə krallığın günahkar olduğunu göstərir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR