7 uşaq dəhşətli yanğında can verdi

Meksikanın paytaxtı Mexikoda güclü yanğın baş verib.

Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, bir neçə mənzil külə çevrilib. Hadisə zamanı evlərdə olan 7 uşaq həyatını itirib. Onlardan 5-nin yaşı 10-dan az olub.

Yanğın zamanı valideynlər işdə olduğundan uşaqlar evdə nəzarətsiz olub. Dərhal əraziyə cəlb edilən xilasedicilər sakinləri təxliyə edib. Yanğınsöndürənlər alovun qonşu tikilələrə keçməsinin qarşısını alıb. Yanğına evlərin yaxınlığında isinmək üçün yandırılan tonqalın səbəb olduğu güman edilir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR