İmişlidə motosiklet qəzaya uğradı, sərnişini öldü

İmişli rayonunun Yalavac kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, dekabrın 28-də saat 7 radələrində İmişli rayonunun Yalavac kəndi ərazisində Rəsullu kənd sakini Məhəmməd Kərimovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə kənd sakini Adəm Mirzəmmədovun idarə etdiyi “İj” markalı motosiklet toqquşub.

Nəticədə A.Mirzəmmədovun sərnişini Valeh Mehdiyev xəstəxanaya yerləşdirilib və orada ölüb.

İmişli RPŞ tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR