Permyakovun atası danışdı (VİDEO)

Permyakovun atası danışdı (VİDEO)
08:16 14 Yanvar 2015
129 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın Gümri şəhərində bir ailənin 6 üzvünü öldürən Valeriy Permyakovun valideynləri baş verənləri şokla qarşıladıqlarını deyiblər.

ANS PRESS-in məlumatına görə, Rusiya KİV-ə müsahibə verən valideynlər oğullarının niyə belə hərəkət etdiyini başa düşmədiklərini deyərək, ölən ailənin yaxınlarına başsağlığı veriblər.

Məlum olub ki, Permyakov hərbi xidmətə böyük həvəslə gedib və heç vaxt xidmətdən şikayət etməyib. Ata Pavel Permyakov bildirib ki, oğlu bütün normativləri “əla” qiymətə təhvil verib və buna görə komandanlıqdan tərifnamə də alıb. Hətta Permyakova bu yaxınlarda növbədənkənar rütbə də vermişdilər.

“Biz onunla axrıncı dəfə 7 yanvar tarixində danışmışdıq. Vova sözü üzə deyən adamdı. O hər şeyin yaxşı olduğuna bizi inandırdı. Əgər nəsə narahatçılığı olsa idi o bizə bunu deyərdi”- deyə Pavel Permyakov qeyd edib.

Qeyd edək ki, cinayəti törətdiyini etiraf edən Valeriy Permyakov Rusiyanın Baykalyani bölgəsindəndir və evin 6-cı ən kiçik uşağıdır.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=319559

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR