Prezident istefa verdi

Prezident istefa verdi
08:31 14 Yanvar 2015
125 Dünya
Ölkə mətbuatı
A- A+

İtaliya prezidenti Corco Napolitano vəzifəsindən istefa verib. İki dönəm dövlət başçısı seçilən 89 yaşlı siyasi lider ötən gün artıq Kvirinal sarayı ilə də vidaşlaşıb.

Avropaya inteqrasiya tərəfdarı olan Napolitano ötən ilin dekabr ayında vəzifədən gedəcəyinə dair açıqlama vermişdi. Ölkənin baş naziri Matteo Renci Napolitanoya İtaliya xalqına göstərdiyi xidmətinə görə təşəkkür edib.

İtaliyada prezident ölkə konstitusiyasına əsasən, parlament tərəfindən səsvermə yolu ilə seçilir.

Prezidentin ölkədə cərəryan edən siyasi hadisələrə ciddi təsiri olmasa da, baş naziri seçmək və parlamenti buraxmaq səlahiyyətləri var.

Hələlik Napolitanonu əvəz edəcək real namizəd isə, yoxdur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR