Kaşoqinin cəsədinin harada olduğu dəqiqləşdi

“A Haber” telekanalı Türkiyə kəşfiyyatı ilə sıx əlaqəsi olan “Daily Sabah” qəzetinin əməkdaşı Fərhad Ünlünün təqdim etdiyi videonu - qətlə yetirilən səudiyyəli jurnalist Camal Kaşoqinin cəsədinin harada olduğunu dəqiqləşdirən görüntüləri yayıb.

Metbuat.az xəbər verir ki, yayılan videodan Kaşoqininn cəsədinin əslində Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulunun iqamətgahında olduğu üzə çıxıb.

Aydın olub ki, jurnalisti öldürmək üçün xüsusi təyyarə ilə Türkiyəyə gələn səudiyyəli rəsmilərdən ibarət 15 nəfərlik cinayət qrupunun 2 üzvü Kaşoqini Baş Konsulluğun binasında qətlə yetirərək bədənini elektrik mişarı ilə 9 hissəyə parçalayandan sonra meyitin qalıqlarını qara torbalara qoyub konsulluq binasından bir neçə yüz metr aralıda yerləşən iqamətgaha gətiriblər. Bütün bu proses video-müşahidə kameralarına düşüb, lakin torbaları gətirənlərin iqamətgahdan əliboş çıxdıqları görüntülənib.//Azvision.az


Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR