Avropa İttifaqı ölkələrinə il ərzində qeyri-leqal yolla 270 min miqrant daxil olub

08:37 14 Yanvar 2015
93 Dünya
Ölkə mətbuatı
A- A+

[ 14 Yanvar 2015 07:41 ]


Bakı-APA. 2014-cü ildə Avropa İttifaqı ölkələrinə   qeyri-leqal yolla daxil olan miqrantların sayı 276 min nəfəri keçib. APA-nın “İnterfaks”-a istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Parlamentinin iclasında Aİ-nin miqrasiya siyasəti üzrə komissarı Dimitris Avramopolus bildirib.  

 

Onun sözlərinə görə, bu rəqəm 2013-cü ilin göstəricisindən 138 faiz çoxdur.

 

Komissarın sözlərinə görə, qanunsuz miqrantların 200 mindən çoxu tək Aralıq dənizinin Avropa sahilindən daxil olub.     

 

Dimitris Avramopolus qeyd edib ki, qeyri-leqal miqrasiya ilə mübarizə üçün kompleks yanaşma gərəkdir, bundan başqa, əlaqələndirmə çox yüksək səviyyədə olmalıdır.    

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR