Erməni zabit narkotik satarkən tutuldu

Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində hərbi qulluqçuların narkotik qəbul etdiyi məlum olub.

Metbuat.az AzərTac-a istinadən xəbər verir ki, tank əleyhinə taborun taqım komandiri Abraham Maroxyan narkotik maddəni başqa bir zabitə satarkən yaxalanıb. Araşdırma zamanı məlum olub ki, A.Maroxyan özü də uzun müddətdir narkotik maddə aludəçisidir.

Faktla bağlı cinayət işi açılıb və zabitin tərxis olunması barədə vəsatət qaldırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR