İsrail YUNESKO-nu tərk etdi - ABŞ-dan sonra

Təl-Əviv İsrailə qarşı qərəzli və qeyri-obyektiv mövqeyinin gücləndirməsi iddiasını əsas gıtirərək BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatından (YUNESKO) rəsmən çıxdığını bəyan edib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla İsrailin 2017-ci ildə YUNESKO-nu tərk etmək barədə verilən qərarı qüvvəyə minib. Artıq İsrail YUNESKO-ya üzvlük haqqı ödəməyəcək və təşkilatın Ümumdünya İrs Komitəsinə seçilmək hüququndan məhrum olacaq.

Xatırladaq ki, İsraildən əvvəl ABŞ da YUNESKO-dakı fəaliyyətini dayandıraraq təşkilatdan çıxıb. Hər iki ölkənin YUNESKO-dan ayrılmasının səbəbi isə Fələstin məsələsi ilə bağlıdır. Hər iki dövlətin təşkilatdan çıxma qərarına münasibət bildirən YUNESKO-nun baş direktoru Odri Azulay isə bildirmişdi ki, təşkilat söz azadlığını müdafiə edir və bu günədək antisemitizm və irqçiliyə qarşı olub.

Qeyd edək ki, YUNESKO ABŞ-ın təşkilatı tərk etməsilə büdcəsinin 22 faizini təşkil edən illik 80 milyon dollardan məhrum olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR