Rəcəb Tayyib Ərdoğan 2018-ci ilin "ən görkəmli dünya lideri" seçildi

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 77% səslə 2018-ci ilin “ən görkəmli dünya lideri” tituluna layiq görülüb.

Metbuat.az xəbər verir ki, o, ərəb dünyasında nüfuzlu media qrup olan “Rassdnews”un 300 min insan arasında keçirdiyi səsverməyə əsasən seçilib.

“2018-ci ildə dünyanın ən görkəmli şəxsiyyətləri” adlı səsvermənin nəticələrinə görə, Misirin dövlət çevrilişi yolu ilə vəzifəsindən kənarlaşdırılan sabiq prezidenti Məhəmməd Mursi 52% səslə Ərdoğandan sonra ikinci yerdə qərarlaşıb. Bundan əlavədə, səsvermədə ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin də adları çəkilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR