Bakıda daha bir QƏZA - SON MƏLUMAT / Fotolar

“Baku Bus” MMC-yə məxsus avtobus qəzaya uğrayıb.

Metbuat.az-a daxil olan məlumata əsasən, hadisə bu gün səhər saatlarında Paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti, 99 ünvanda baş verib. Sərnişin avtobusu “Mercedes” markalı minik avtomobiliylə toqquşub.

"Bakı Nəqliyyat Agentliyi"nin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Metbuat.az-a açıqlamasında bildirib ki, ilkin məlumata əsasən, günah minik avtomobilinin sürücüsündə olub.

“Hadisə nəticəsində xəsarət alan olmayıb. Qəzanın baş vermə səbəbi araşdırılır”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Çin Ayın görünməyən tərəfinə aparat göndərib –FOTO – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR