Paris hücumunda əli olan şəxs saxlanıldı

09:22 14 Yanvar 2015
87 Dünya
Ölkə mətbuatı
A- A+

Məlumata görə, Bolqarıstan polisi şübhəlini Türkiyəyə keçmək istəyən zamanı həbs edib
Bolqarıstanın Xaskovo şəhərində Fransanın paytaxtı Parisdə törədilən terror aktında əli olduğu bilinən şəxs saxlanılıb.

Anspress-in məlumatına görə, Bolqarıstan polisi şübhəlini Türkiyəyə keçmək istəyən zamanı həbs edib.

29 yaşlı Yoahim Fritz-Coli adlı şəxs Fransa vətəndaşıdır. Bolqar məhkəməsinin onun ölkəsinə ekstradisiya olunmasına dair qərar qəbul edəcəyi gözlənilir.

Şübhəli şəxs, eyni zamanda, 3 yaşlı oğlunu oğurlayaraq ölkə xaricinə çıxarmaqda ittiham olunur. Şübhəlinin “Charlie Hebdo” jurnalına hücum edən Şərif Kuaşi ilə əlaqəsi olmasına dair iddialar da ortaya atılıb.

Fransa polisi bir qədər əvvəl terror aktları zamanı istifadə olunan silahların xarici ölkədən gətirildiyini bəyan etmişdi.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR