"Mənim heç kəslə şəxsi qərəzliyim yoxdur" - Dilarə Əliyeva

Əməkdar artist Dilarə Əliyeva aparıcılardan söz açıb.

Metbuat.az xəbər verir ki, Yenicag.az-a açıqlama verən Dilarə bəzi aparıcıların hazırlıqsız olduqlarını, bəzən dəvət etdikləri qonağı yaxşı tanımadıqlarını bildirib:

“Bəzi aparıcıların hazırlıqsız olmaları izləyiciləri qıcıqlandırır. Aparıcı hazırlıqlı olmalı, dəvət etdiyi qonaqla danışmağın məsuliyyətini hiss etməlidir. Qonaqla hara qədər danışmaq olar, bu sərhəq qorunmalıdır. Efirə çağırdığın qonağı təhqir etmək olmaz. Bəzən aparıcı heç dəvət olunan qonağı tanımır”.



“İllər əvvəl aparıcısı olduğunuz “Çal-çağır» verilişində özünüz necə, heç qonağın xətrinə dəyirdinizmi” sualını Dilarə belə cavablandırıb:



“Qonaqlarıma qarşı heç vaxt aqressiyam olmayıb. Zarafatla nəsə deyilibsə, kimsə bundan inciyibsə deyə bilmərəm. Bir dəfə verilişimdə dedim ki, mənim heç kimlə ədavətim, şəxsi qərəzliyim yoxdur. Xalqın içində gəzən söz efirdə səslənibsə, kiməsə xoş gəlməyibsə, məndən yox, özlərindən küssünlər. Necə davranırlar, necə görünürlər, özlərini necə təqdim edirlərsə, o cür də qarşılanırlar”.

Özcan Dəniz boşanır? - O evi tərk edib


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR