70 mindən çox sərnişinin şəhərlərarası və beynəlxalq səfəri təmin edilib

Bakı Beynəlxalq Avtovağzal Kompleksində bayramqabağı və bayram günlərində – 28 dekabr tarixindən, 2 yanvar da daxil olmaqla, 70 mindən çox sərnişinin şəhərlərarası və beynəlxalq səfəri təmin edilib”.

Metbuat.az-ın məlumatına görə, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova məlumat verib. Qurum rəsmisinin sözlərinə görə, respublikanın bütün bölgələrinə axın çox olmasına baxmayaraq, daha çox Gəncə, Quba, Qusar, Xaçmaz, Astara, Şəki bölgələrinə, beynəlxalq reyslərdə isə Gürcüstana olan reyslər üstünlük təşkil edib:

“Gün ərzində təxminən 80-ə yaxın əlavə avtobus cəlb olunub. Onu da qeyd edək ki, ən çox sərnişin sıxlığı 29 dekabr tarixində müşahidə olunub. Həmin gün ərzində 17 minə yaxın sərnişin yola salınıb. 31 dekabrda isə digər günlərə nisbətən sərnişin sıxlığı az olub.

Qiymətlərin daşıyıcı şirkətlər tərəfindən süni şəkildə artırılmasının qarşısını almaq, eləcə də kassaların fəaliyyətinə və bilet satışına nəzarət etmək üçün yaradılan xüsusi qiymət komissiyası heç bir süni qiymət artımı aşkarlamayıb. Bayram günlərində BBAK-ın məlumat mərkəzinə, eləcə də “Facebook” səhifəsinə gələn suallar mütəmadi cavablandırılıb və gedişlə bağlı heç bir şikayət daxil olmayıb.

Xatırladaq ki, sual, irad və təkliflərinizi “Facebook” səhifəmizə yazaraq və ya (012) 406-01-58/59 nömrəli məlumat mərkəzinə zəng edərək bildirə bilərsiniz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR