2019-un ən qəribə dəbi “İnsan dərisi” görünüşlü çəkmələr görənləri qorxudur

Kanadalı moda markası tərəfindən hazırlanmış ayaqqabılar qorxunc görüntüsü ilə görənləri təəccübləndirir.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, Hannah Rose Dalton və Steven Raj Bhaskoron adlı cütlük dizayn etdikləri qeyri-adi məhsulları “Facel Master” “İnstagram” hesabında paylaşırlar.

Cütlük təqdim etdiyi məhsullarla bəzən bir zombiyə, bəzən isə qorxunc nağıl qəhrəmanına çevrilir. Onların son dizayn eydiyi ayaqqabılar isə görənləri təəccübləndirib. Yüksək dabanlı, ayaq biləyinin bir qədər yuxarısından çıxan bir cüt buynuzdan ibarət diz üstü çəkmələr eynilə bir insan ayağına bənzəyir.

Silikondan hazırlanan bu ayaqqabının məqsədi idə sosial mediada göstərilən bədən ideallarının və estetik əməliyyatların ən sonda nə hala gələcəyini göstərməkdir.

Bu ayaqqabının hazırlanması isə 10 min dollara başa gəlib.

7

4

3

http://metbuat-az.com/news/1103429/heyatlari-boyu-...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR