“Azərenerji”də vəzifə verilən Teymur Abdullayev - KİMDİR?

"Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr və mətbuat xidməti, eləcə də qurumun dövri nəşrlər şöbəsi ləğv edilərək yerində İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzi yaradılıb.

Metbuat.az xəbər verir ki, Teymur Abdullayev mərkəzin rəhbəri təyin edilib.

Qeyd edək ki, Teymur Abdullayev uzun müddət “Şərq”, “Hürriyyət”, “P.S” və digər müxtəlif qəzet və televiziyalarda çalışıb. O, eyni zamanda bir müddət Müdafiə Nazirliyinin mətbuat xidmətində də işləyib. Yeni vəzifəyə təyin olunmamışdan əvvəl isə T.Abdullayev "Azərişıq” ASC-nin "ASAN xidmət”lə iş şöbəsinin rəis müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, indiyə qədər "Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR